Azərbaycanda ər arvadını qətlə yetirib

Azərbaycanda ər arvadını qətlə yetirib
# 25 sentyabr 2012 08:09 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda qətl törədilib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Hadisə sentyabrın 24-də Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini İslam Məmmədov qısqanclıq zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu Sevinc Həsənovanı qətlə yetirib. Hadisəni törədən İ. Məmmədov Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR