Ağdamda oğurluqla məşğul olan şəxslər tutulub

Ağdamda oğurluqla məşğul olan şəxslər tutulub
# 06 sentyabr 2017 12:08 (UTC +04:00)

Ağdamda oğurluqla məşğul olan şəxslər saxlanılıb.

APA-nın Qarabağ bürosunun xəbərinə, Nizami Əliyevin yaşadığı evdən məişət əşyaları oğurlanıb. Oğurluqda təqsirli 18 yaşlı Atakişiyev Məhərrəm Akif oğlu, onun həmyaşıdı Aslanov Aslan Telman oğlu, 2000-ci il təvəllüdlü Cabbarov Sərvər Şamil oğlu və Elşən Zeynalov saxlanılıb.

Şübhəli şəxs qismində saxlanılan şəxslər əməllərini etiraf edib. Oğurluq planı hazırlayan M. Atakişiyev oğurladıqları əşyaları 200 manata satdığını deyib. Bildirib ki, onların oğurluq əməlindən taksi sürücüsü olan E. Zeynalov xəbərsiz olub. Əldə olunan gəlir 3 nəfər arasında bölünüb.

Faktla bağlı Ağdam rayon Polis Şöbəsində araşdırma aparılır. Qrup üzvlərinin digər cinayət əməllərinin olub-olmadığı araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR