"2019-cu il 492 əcnəbi Azərbaycan vətəndaşlığına qəbul və ya bərpa olunub".
APA-nın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətində 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında DMX rəisi Vüsal Hüseynov bildirib. Onun sözlərinə görə, 2018-ci ildə bu say 301 olub.
Xidmət rəisi bildirib ki, Azərbaycanda qaçqın statusu əsasında yaşayan əcnəbilərə yol sənədinin, pasportların verilməsinə hazırlıq prosesi də tam yekunlaşdırılıb: "Yol sənədi və onun nümunəsi artıq hazırdır. Yanvarın 23-də ölkəmizdə qaçqın statusu əsasında yaşayan əcnəbilərə pasportların verilməsi təmin ediləcək".
V. Hüseynov deyib ki, ölkəmizdə bu statusda yaşayan əcnəbilər yol sənədi əsasında digər ölkələrə də səfər edə biləcəklər.