Bakı-Sumqayıt dəmir yolunun yaradılmasına yatırılacaq investisiyanın həcmi açıqlanıb

Bakı-Sumqayıt dəmir yolunun yaradılmasına yatırılacaq investisiyanın həcmi açıqlanıb
# 24 iyun 2015 06:55 (UTC +04:00)

Bakı - APA-Economics. Asiya İnkişaf Bankı (AİB) Bakı-Sumqayıt dəmir yolunun yaradılması və inkişafı layihəsinin (Baku-Sumgayit Commuter Rail Service Project) reallaşdırılmasına 100 mln. ABŞ dolları məbləğində kredit ayırmağı planlaşdırır.

"APA-Economics"in xəbərinə görə, bu barədə bankın saytında yer alan məlumatda qeyd edilib.

Məlumata əsasən, layihənin ümumi dəyəri 150 mln. dollar məbləğində qiymətləndirilir. Bunun 100 mln. dolları AİB-dən kredit formasında cəlb ediləcək, 50 mln. dollarını isə Azərbaycan hökuməti yatıracaq.

AİB-in Direktorlar Şurası kreditin ayrılması məsələsinə cari ilin noyabrın 20-də baxacaq.

Bakı-Sumqayıt dəmir yolunun ümumi uzunluğu 28 km təşkil edəcək.

Bu layihənin reallaşdırılması avtomobil yollarında sıxlığı azaltmağa, eləcə də Bakı və Sumqayıt şəhərləri arasında davamlı ictimai nəqliyyat yaratmağa imkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR