“Azəristiliktəhcizat” ötən ili 32,5 mln. manatlıq zərərlə başa vurub

“Azəristiliktəhcizat” ötən ili 32,5 mln. manatlıq zərərlə başa vurub
# 17 iyun 2014 13:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Azəristiliktəhcizat” ASC-nin 2013-cü ildəki zərəri 32 mln. 585,72 min manat olub. Bu, 2012-ci ildəki göstəricidən 17,1% çoxdur.

APA-Economics”in məlumatına görə, bu barədə “Premium Audit” şirkətinin apardığı auditin nəticələrində qeyd olunub.

Hesabata əsasən, 2013-cü ildə cəmiyyətin gəlirləri 6 mln. 22,952 min manat olub ki, bu da daha əvvəlki ilə nisbətən 27,3% çoxdur. Cəmiyyətin 2013-cü ilə əldə etdiyi əməliyyat gəlirlərinin həcmi daha əvvəlki illə müqayisədə 20,6% artaraq 5 mln. 515,756 min manat təşkil edib.

Ötən il “Azəristiliktəhcizat” ASC-nin aktivləri 21,7% arataraq 170 mln. 979,92 min manat olub. Qurumun uzunmüddətli aktivlərinin həcmi 25,6% arataraq 147 mln. 700,736 min manat olub. Cari aktivləri isə 0,5% azalaraq 23 mln. 279,184 min manat təşkil edib.

Bu ilin yanvar ayının 1-nə cəmiyyətin məcmu kapitalı 95 mln. 530,115 min manat olub ki, bu da 2012-ci illə müqayisədə 36,5: çoxdur. Qurumun nizamnamə kapitalı bir il ərzində 0,1% azalaraq 19 mln. 266 min manat olub. Bu halda dövlət qurumunun məcmu bölüşdürülməmiş zərəri 2014-cü ilin əvvəlinə 8,1% artaraq 87 mln. 552,925 min manata çatıb.

Bu ilin yanvarın 1-nə cəmiyyətin öhdəlikləri 6,2% artaraq 75 mln. 449,805 min manat təşkil edib.

2013-cü ildə “Azəristiliktəhcizat” ASC-nin xərcləri 2012-ci illə müqayisədə 18,6% artaraq 38 mln. 608,672 min manat olub. Ötən il üçün cəmiyyətin əməliyyat xərcləri 37 mln. 354,523 min manat təşkil edib ki, bu da 2012-ci ilin göstəriciləri ilə müqayisədə 52,1% artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR