“PAŞA Həyat Sığorta” Çağrı Mərkəzini istifadəyə verib

“PAŞA Həyat Sığorta” Çağrı Mərkəzini istifadəyə verib
# 11 iyun 2014 10:17 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “PAŞA Həyat Sığorta” şirkəti müştərilərin rahatlığını nəzərə alaraq onlar üçün Çağrı Mərkəzi xidmətini istifadəyə verib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, müştərilər şəhər nömrələrindən birbaşa 942, mobil nömrələrdən isə (012) 942 yığmaqla şirkətin Çağrı Mərkəzi ilə əlaqə yaratmaq mümkündür.


Müştərilər mərkəzə zəng etməklə şirkətin təklif etdiyi həyat sığortası məhsulları haqqında geniş məlumat ala bilərlər. Bununla yanaşı, müştərilər sığorta hadisələri ilə bağlı məlumat ala, eyni zamanda istək və təkliflərini də qeyd edə bilərlər.


Qeyd edək ki, Çağrı Mərkəzi həftənin 5 günü saat 09:00-dan 18:00-dək xidmət göstərir. İş günü başa çatdıqdan sonra, həmçinin şənbə və bazar günləri edilən zənglərdə müştərilər istək və təkliflərini qeyd edə bilərlər. Növbəti iş günündə qeyd edilən günlərdə olunan zənglərə cavab olaraq onlarla dərhal əlaqə saxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR