Bu il buraxılış imtahanlarında “2” qiymət alan məzunların imtahanlarda əldə etdikləri nəticələr açıqlanıb

Bu il buraxılış imtahanlarında “2” qiymət alan məzunların imtahanlarda əldə etdikləri nəticələr açıqlanıb
# 26 iyul 2013 09:59 (UTC +04:00)

APA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, bu il buraxılış imtahanlarında bir fəndən “2” alanlara da imtahanda iştirak hüququ verilib: “I qrupda 1962 abituriyent var idi ki, heç olmasa bir fəndən 2 alıblar. Bunlardan 74 nəfər 0 bal, 594 nəfər 0-20 bal, 577 nəfər 20-40 bal, 363 nəfər 40-60, 168 nəfər 60-80 bal, 83 nəfər 80-100, 45 nəfər 100-120 bal, 26 nəfər 120-140 bal, 25 nəfər 140-160 bal, 18 nəfər isə 150 baldan yuxarı nəticə göstərib. Bundan əlavə, 4 nəfər 180-200, 7 nəfər 200-220, 2 nəfər 220-240 bal, 3 nəfər 240-260, 1 nəfər 280-300 bal toplayıb. Biz araşdırdıq ki, 150 baldan yuxarı nəticə göstərənlər əsasən “Ana dili” fənnindən “2” alanlardır. Biz onlara şans vermişik”.


TQDK sədri qeyd edib ki, III ixtisas qrupunda da buraxılış imtahanından heç olmasa bir fəndən “2” qiymət alan 1370 nəfər abituriyent iştirak edib. M.Abbaszadənin sözlərinə görə, onlardan 78 nəfər 0 bal, 177 nəfər 0-20 bal, 224 nəfər 20-40 bal, 230 nəfər 40-60 bal, 186 nəfər 60-80 bal, 111 nəfər 80-100 bal, 78 nəfər 100-120 bal, 67 nəfər 120-140 bal, 45 nəfər 140-160 bal yığıb: “Ümumilikdə, bu abituriyentlərin 90 faizi 200-dən aşağı bal yığıb. 9 nəfər 240-260, 3 nəfər 260-280 nəfər, 10 nəfə 280 baldan yuxarı nəticə göstərib. Bu abituriyentlər buraxılış imtahanında “Ana dili” fənnindən “5” alıb, riyaziyyatdan aşağı nəticə göstərənlərdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR