“KİA Motors Azərbaycan” lizinqlə avtomobil satışını dayandırıb

“KİA Motors Azərbaycan” lizinqlə avtomobil satışını dayandırıb
# 15 may 2014 13:40 (UTC +04:00)

Bakı – APA-Economics. “Kia Motors Azərbaycan” (KİA şirkətinin Azərbaycandakı rəsmi distributoru) lizinqlə avtomobillərin satışını dayandırıb.

Bu barədə “APA-Economics”ə şirkətdən məlumat verilib.

Bildirilib ki, bu barədə qərar şirkətin rəhbərliyi tərəfindən verilib: “Artıq lizinqlə avtomobil satışını həyata keçirmirik. Qərar 3-4 gün öncə rəhbərlik tərəfindən verilib. Qərarın səbəbi barədə heç bir açıqlanma verilmir”.

Şirkət nümayəndəsi bildirib ki, rəhbərliyin qərarı ilə satışlar kredit vasitəsilə, Mərkəzi Bankın tələblərinə uyğun şəkildə həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR