ABŞ dövlət katibinin müavini: “İrana inamsızlıq bu ölkənin nüvə proqramını azaltmamasından irəli gəlir”

ABŞ dövlət katibinin müavini: “İrana inamsızlıq bu ölkənin nüvə proqramını azaltmamasından irəli gəlir”
# 09 dekabr 2013 10:47 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “ABŞ-ın bu ölkənin nüvə obyektlərinin yoxlanılmasına nəzarət etməsi İrana inamsızlığından deyil, nüvə proqramını azaltmamasından irəli gəlir”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu ABŞ dövlət katibinin müavini, baş nüvə müzakirəçisi Vendi Şerman bildirib.

Onun sözlərinə görə, İranla ABŞ arasındakı etimadsızlıq bir neçə on ildir davam edir: “Bu o deməkdir ki, rəsmi Vaşinqtonun Tehranın nüvə obyektlərinin yoxlanılması və nəzarətinə etimadı olmalıdır. Bu gün İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində nüvə müzakirələri keçiriləcək. Hətta ABŞ Cenevrə razılaşmasının müddəalarının yerinə yetirilməsi üçün atılacaq ilkin addımlara belə nəzarət edilməsini öz gündəmində saxlayıb. İranın nüvə fəaliyyətlərinin məhdudlaşdırılması və bu ölkənin nüvə obyektlərinə nəzarət edilməsi prosesi, davamlı və geniş şəkildə yoxlanılması diqqət mərkəzindədir”.

V.Şerman deyib ki, Cenevrə razılaşmasına əsasən, İrana qarşı sanksiyaların çox az bir hissəsi aradan qaldırılacaq: “Belə ki, ABŞ İrana qarşı tətbiq olunmuş sanksiyalar xarici banklardakı dondurulmuş yüz milyard dollarlıq aktivlərinin yalnız çox kiçik bir hissəsini bu ölkəyə geri verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR