Heydər Əliyev Fondu Ştutqardda “Azərbaycan gecəsi” təşkil edib - FOTOSESSİYA

Heydər Əliyev Fondu Ştutqardda “Azərbaycan gecəsi” təşkil edib - <span style="color: red;">FOTOSESSİYA
# 15 noyabr 2013 01:44 (UTC +04:00)

Heydər Əliyev Mərkəzinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, Heydər Əliyev Fondu Azərbaycanın Ştutqarddakı fəxri konsulluğunun dəstəyi ilə bu şəhərdə “Azərbaycan gecəsi” təşkil edib. Gecədə Azərbaycanın tarixi, adət-ənənələri, mədəniyyəti qonaqlarda dərin təəssürat yaradıb.

“Azərbaycan gecəsi”ndə Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyevin musiqiləri, Xalq artisti Fərhad Bədəlbəyli və Murad Hüseynovun pianoda möhtəşəm ifaları, Kölnün “Minguet Quartett”inin çıxışı tamaşaçıların zövqünü oxşayıb. Gecədə səslənən Fikrət Əmirovun “Miniatürlər”i, Cövdət Hacıyevin “Ballada”sı, Tofiq Quliyevin “Qaytağısı” tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Azərbaycan Respublikasının Ştutqarddakı fəxri konsulu Otto Hauzer çıxış edərək Azərbaycanın musiqi və milli adət-ənənəsinin bir xəzinə olduğunu qeyd edib. O, Azərbaycanın tarixən də, indi də tolerantlıq diyarı kimi tanındığını bildirib. Otto Hauzer belə bir tədbirin təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkür edib. O bildirib ki, Heydər Əliyev Fondu bu cür layihələrlə Azərbaycanı dünyada tanıtmaqla yanaşı, ölkələrin bir-biri ilə əlaqələrin genişlənməsinə xidmət edir. ”Azərbaycan dünyada öz tolerantlığı ilə fərqlənir. Heydər Əliyev Fondu ölkədə tolerantlığın mövcud olmasında önəmli rol oynayır”, deyə Otto Hauzer bildirib. Onun sözlərinə görə, Ştutqarddakı bu tədbir Azərbaycan mədəniyyətini təkcə musiqi ilə deyil, digər tərəfləri ilə də göstərəcək. Bunlardan biri də Azərbaycan mətbəxidir. Belə ki, tədbir çərçivəsində Azərbaycan mətbəxi, süfrə mədəniyyəti qonaqlara təqdim olunur.

Qeyd edək ki, tədbir çərçivəsində “Almanlar Azərbaycanda” adlı foto sərgisi təşkil olunub, Azərbaycanın tarixi və mədəni irsini tərənnüm edən nəşrlər təqdim edilib.

Xatırladaq ki, Heydər Əliyev Fondu bu günədək Almaniyada silsilə tədbirlər çərçivəsində Azərbaycanın tarixi və mədəni irsini tanıdan, iki ölkə arasında əlaqələrin genişlənməsinə xidmət edən müxtəlif layihələr həyata keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR