Təhsil Nazirliyi psixoloji xidmət haqqında əsasnamə hazırlayır

Təhsil Nazirliyi psixoloji xidmət haqqında əsasnamə hazırlayır
# 24 iyul 2013 16:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi aidiyyəti təşkilatlarla birlikdə psixoloji xidmət haqqında əsasnamənin hazırlanması üzərində iş aparır. APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsində vətəndaşların sualları cavablandırılarkən bildirilib ki, institusional xarakterli və digər məsələlərə əsasnamənin təsdiqindən sonra baxılacaq.

Məktəblərin təmir və tikintisi ilə bağlı suallar cavablandırılarkən qeyd olunub ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda 212 nömrəli orta məktəbin təmir işləri və 21 əlavə sinif otağının tikintisi nəzərdə tutulub. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda 157 nömrəli orta məktəbin təmiri və 160 şagird yerlik 8 əlavə sinif otağının tikintisi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR