Yaxın 3 ildə Azərbaycan ərazisi genişzolaqlı internetlə tam əhatə olunacaq

Yaxın 3 ildə Azərbaycan ərazisi genişzolaqlı internetlə tam əhatə olunacaq
# 08 noyabr 2013 11:05 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunun jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

Onun sözlərinə görə, bu, mobil nömrələrin daşınması prinsipinin bir analoqudur: «Əgər bir istifadəçi hər hansı provayderin xidmətindən narazı qalarsa, öz istəyinə uyğun olaraq sərbəst şəkildə bir provayderdən digərinə keçə biləcək. Artıq bütün texniki və təşkilatı məsələlər həll edilmək üzrədir».

Nazir müavini qeyd edib ki, Azərbaycanın bütün regionlarında internetdən daha sərbəst və rahat istifadə olunması üçün layihə hazırlanır: «Azərbaycanda yaradılan fiber-optik infrastruktur bütün əyalət və kəndlərə çatdırılmalıdır. Bu, internet xidmətlərinin daha keyfiyyətli göstərilməsini təmin edəcək. Güman edirik ki, yaxın 3 il müddətinə nəzərdə tutulan bu layihə həyata keçirildikdən sonra, ölkənin bütün ərazilərində genişzolaqlı internetin istifadəçilərinin sayı dəfələrlə artacaq və ölkənin hər bir vətəndaşı asanlıqla və daha ucuz internetdən istifadə edə biləcək».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR