ATƏT sədri İrəvanda Dağlıq Qarabağ separatçılarının lideri ilə görüşüb

ATƏT sədri İrəvanda Dağlıq Qarabağ separatçılarının lideri ilə görüşüb
# 04 iyun 2014 15:33 (UTC +04:00)

Bakı-APA. Ermənistanda səfərdə olan İsveçrə prezidenti, ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüb.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, İrəvanda baş tutan görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi və regional məsələlər müzakirə olunub.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik də iştirak edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR