Gəncədə qadını küçədə soyan şəxs saxlanılıb

Gəncədə qadını küçədə soyan şəxs saxlanılıb
# 15 may 2013 14:04 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə qadına qarşı soyğunçuluq edilib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər Avtozavod qəsəbəsində yaşayan 1979-cu il təvəllüdlü Ş. Zamanova şəhərin Zülfi Hacıyev küçəsi ilə piyada gedən zaman tanımadığı naməlum şəxs onun boynunda olan boyunbağısını qıraraq götürüb qaçıb. Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq törədən şəxsin kimliyi müəyyənləşib. Soyğunçuluq törədən şəxsin 1987-ci il təvəllüdlü, Gəncə şəhər sakini, əvvəllər məhkumluq həyatı yaşayan Həsən Hüseynov olduğu müəyyən olunub.

H. Hüseynov maddi sübutlarla yaxalanaraq istintaqa təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR