Qahirədə partlayış olub, ölən var

Qahirədə partlayış olub, ölən var
# 18 aprel 2014 22:40 (UTC +04:00)

Bakı – APA. Misirin paytaxtı Qahirədə partlayış baş verib.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, partlayıcı maddə şəhər meydanlarından birində yerləşən polis postu yaxınlığında yerləşdirilib.

Şahidlər 1 polis əməkdaşının həlak olmasını təsdiqləyiblər. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR