İrandan Azərbaycana psixoptrop maddənin gətirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana psixoptrop maddənin gətirilməsinin qarşısı alınıb
# 16 iyul 2013 11:40 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. İrandan Azərbaycana psixoptrop maddənin gətirilməsinin qarşısı alınıb. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Astara sərhəd keçid məntəqəsində İran vətəndaşları Məhbub Qəhrəmani və Fərbud Radfarın idarə etdikləri “MAN” markalı sərnişin avtobusuna gömrük nəzarəti zamanı avtobusun salonunda oturacaqların üzərindəki bağlama gömrük əməkdaşlarının diqqətini cəlb edib və ona baxış keçirilib. Həmin bağlamaya baxış zamanı isə oradan üzərinə şəkil həkk olunmuş çərçivənin arasına xüsusi qaydada yerləşdirilmiş 1 ədəd polietilen paketdə, xalis çəkisi 51,3 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR