Azərbaycan daha 100 məhbusu İrana təhvil verəcək

Azərbaycan daha 100 məhbusu İrana təhvil verəcək
# 22 aprel 2014 07:40 (UTC +04:00)

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov deyib.

Səfir bildirib ki, Azərbaycanda müxtəlif müddətə həbs cəzaları almış bu məhbuslar cəzalarının qalan hissəsini ölkələrində çəkmələri üçün İrana təhvil veriləcəklər: “Bu məhbusların əksəriyyəti Azərbaycanda əsasən narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq həbs cəzaları alıblar. Onların 90 faizindən çoxu Azərbaycan həbsxanalarında bu ittihama görə cəza çəkirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR