Bakıda daş karxanasında bədbəxt hadisə baş verib

Bakıda daş karxanasında bədbəxt hadisə baş verib
# 29 noyabr 2013 06:59 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda daş karxanasında bədbəxt hadisə baş verib.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Salyan şosesi - 32 ünvanında, Bilnə daş karxanasında qeydə alınıb. Karxana ərazisində Şahlar Şahmar oğlu İsmayılov idarə etdiyi “FOTON” markalı xüsusi texnikanı arxaya hərəkət etdirərkən Faiq Hətəmxan oğlu Mirzəyevi “NKM 2U” markalı dəzgaha sıxıb.

Hadisə nəticəsində xəsarət alan Ş. İsmayılov Klinik Tibbi Mərkəzə yerləşdirilib. Ş. İsmayılov orada dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 222.3 (qanunvericilikdə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərinin dayandırılması barədə dövlət orqanlarının qərarlarını qərəzli olaraq icra etməmə) maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR