Fransa konsorsiumu Gəncədə tramvay xəttinin tikintisində iştirak edəcək

Fransa konsorsiumu Gəncədə tramvay xəttinin tikintisində iştirak edəcək
# 28 yanvar 2014 07:40 (UTC +04:00)

Şirkət həmçinin Bakıda tramvay xəttinin salınmasına maraq göstərir.

APA-nın məlumatına görə, “Alstom İnternational” şirkətinin Avropa, Orta Asiya və Qafqaz üzrə vitse-prezidenti Filipp Romye bəyan edib ki, Azərbaycan şirkət üçün maraq kəsb edən bazardır: “Azərbaycan ölkənin inkişaf dinamikası və potensialı baxımından maraq kəsb edir”.

F. Romyenin sözlərinə görə, “Alstom” konsorsiumuna məxsus NTL şirkəti Gəncədəki tramvay xətti üçün qatar tədarük edəcək, “Alstom” isə layihənin mühəndisliyini təmin edəcək. Şirkətin şəhər bələdiyyəsi ilə danışıqlar apardığını deyən vitse-prezident qeyd edib ki, layihənin optimal texniki həlli üçün böyük iş görülüb. F.Romye bildirib ki, layihənin reallaşması onun maliyyələşməsindən asılıdır.

F. Romye həmçinin qeyd edib ki, şirkət Bakıdakı müxtəlif layihələrə maraq göstərir. Onun sözlərinə görə, buraya Bakıda tramvay xəttinin mümkün inşası, habelə yeni metro xətlərinin tikintisi, onların yeni qatarlar və siqnalizasiya sistemləri ilə təchizatı, “Ağ şəhər” layihəsi çərçivəsində elektrik stansiyasının inşası daxildir.

“Alstom” həmçinin Azərbaycan Dəmir Yolları ASC-nin 50 lokomotivin təchizatı ilə bağlı tenderində iştirak edəcək. Tenderin bu ilin ilk yarısında keçiriləcəyi gözlənilir.

“Alstom” Azərbaycanda artıq 20 ildən çox fəaliyyət göstərir. Bu müddət ərzində şirkət Bakıdakı istilik-elektrik stansiyasının qazturbin avadanlığı, “Azərenerji” isə yüksək gərginlikli avadanlıqla təchiz edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR