Rusiyanın Stavropol vilayətində 1 yaşlı körpəni öldürən Azərbaycan vətəndaşına hökm oxunub

Rusiyanın Stavropol vilayətində 1 yaşlı körpəni öldürən Azərbaycan vətəndaşına hökm oxunub
# 14 yanvar 2014 08:53 (UTC +04:00)

APA-nın Rusiya bürosunun məlumatına görə, 25 yaşlı Azərbaycan vətəndaşı Tərlan Hacıyev birgə yaşadığı qadının 1 yaşlı oğlunun qarnından yumruqla vuraraq öldürüb. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, körpəni xilas etmək mümkün olmayıb.

İstintaqa və məhkəməyə ifadəsində T. Haciyev körpənin daim ağladığını, sakit durmadığını və bu səbəbdən onu vurduğunu bildirib.

Stavropol Vilayət Məhkəməsinin hökmü ilə Tərlan Hacıyevə cəzasını ciddi rejimli həbsxanada çəkməklə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR