Banqladeşdə tikiş fabrikində baş vermiş yanğın 10 nəfərin həyatına son qoyub

Banqladeşdə tikiş fabrikində baş vermiş yanğın 10 nəfərin həyatına son qoyub
# 08 oktyabr 2013 21:58 (UTC +04:00)

Bakı-APA. Banqladeşdə tikiş fabrikində baş vermiş yanğın nəticəsində 10 nəfər ölüb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, insident paytaxt Dəkkənin yaxınlığındakı Qazipur şəhərində baş verib.

Yanğın fabrikdə qeyri iş günü baş verib, bu səbəbdən qurbanların sayı çox olmayıb. Ölənlər isə iş vaxtından artıq çalışan fəhlələr olub.

Xatırladaq ki, Banqladeşdə bu ilin aprelində müəssisənin uçması nəticəsində 1000-dən çox insan ölüb. 2012-ci ilin noyabrında isə başqa bir fabrikdə baş vermiş yanğın 112 nəfərin həyatına son qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR