Türkiyədə polis nəfəri bölmədə atəş açıb, idarə rəisi və şöbə müdiri öldürülüb - YENİLƏNİB-1

Türkiyədə polis nəfəri bölmədə atəş açıb, idarə rəisi və şöbə müdiri öldürülüb  - YENİLƏNİB-1
# 28 aprel 2024 06:21 (UTC +04:00)

Türkiyənin Adıyaman şəhərində polis nəfəri xidməti silahı ilə polis idarəsinin rəisini və ictimai təhlükəsizlik şöbə müdirini güllələyib.

APA-nın məlumatına görə, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya özünün “X” səhifəsində məlumat verib.

“Hücum edən şəxs tutularaq nəzarətə götürülüb. İdarə rəisi və şöbə müdiri ağır yaralanıb və xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq, onları xilas etmək mümkün olmayıb”, - nazir əlavə edib.

***
00:31


Türkiyənin Adıyaman şəhərində polis bölməsində baş verən atışma zamanı iki hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.

APA xəbər verir ki, bu barədə “Halk TV” məlumat yayıb.

“İki polis həlak olub, 8 polis yaralanıb”, - məlumatda deyilir.

İlkin məlumata görə, atəş açan şəxslə zərərçəkənlər arasında mübahisə yaşanıb.

***

00:01

Türkiyənin cənub-şərqində yerləşən Adıyaman şəhərində bir polis nəfəri polis bölməsində atəş açıb.

APA “TGRT”-yə istinadən xəbər verir ki, hadisə nəticəsində azı iki nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR