Ombudsman: “Azərbaycandakı istintaq təcridxanaları Avropanın bir çox ölkələrindən yüksək səviyyədədir” - YENİLƏNİB

Ombudsman: “Azərbaycandakı istintaq təcridxanaları Avropanın bir çox ölkələrindən yüksək səviyyədədir” - <span style="color: red;">YENİLƏNİB
# 09 dekabr 2013 16:28 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Azərbaycandakı istintaq təcridxanaları Avropanın bir çox ölkələrindən yüksək səviyyədədir”. APA-nın məlumatına görə, bunu Milli Məclisdə keçirilən İnsan hüquqları ilə bağlı tədbirdə Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib.

Ombudsmanın sözlərinə görə, yeni cəzaçəkmə müəssisləri tikilir ki, mərkəzdən uzaqda olan əhali üçün əlçatan olsun: “Şəkidə olan həmin müəssisəni mən görmüşəm. Bizim bİr çox müəssisəmiz Avropa standartlarına uyğundur. Mən tam məsuliyyətlə deyirəm ki, Şəki cəzaçəkmə müəssisəsi və Kürdəxanı təcridxanası Avropanın bir çox ölkələrindən müqayisə olunmaz dərəcədə çox yüksəkdir. Bu özü məhkumlara böyük diqqətdir. Saxlanılma şəraiti və onlara qarşı rəftar daim diqqət mərkəzindədir, nəzarətdədir. Bu baxımdan da çox dəyişikliklər olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR