Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 3% artıb

Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 3% artıb
# 22 aprel 2014 07:25 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin yanvar-mart aylarında kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 551,8 mln. manat təşkil edib və keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,4%, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,3%, bitkiçilik məhsulları üzrə isə 5,5% artıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, respublikada yazlıq bitkilərin kütləvi əkininə başlanıb. Aprelin 1-nə olan vəziyyətə görə, ölkədə 120 min hektar və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 7,2% çox sahədə yazlıq bitkilər əkilib.

“Mövsümün əvvəlindən 11,3 min hektarda dənli və dənli paxlalı bitkilər (qarğıdalı ilə), 29,5 min hektarda kartof, 25,1 min hektarda tərəvəz bitkiləri, 3,7 min hektarda ərzaq üçün bostan bitkiləri, 46,2 min hektarda çoxillik otlar, 1,8 min hektarda emal üçün şəkər çuğunduru, 2,1 min hektarda dən üçün günəbaxan əkilib”, - deyə qurumun məlumatında bildirilib.

Təsərrüfatlarda yanvar-mart aylarında keçən ildəkindən 9,4% çox istixana və faraş tərəvəz məhsulları istehsal edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR