Azərbaycan şirkətləri Koreyada keçiriləcək beynəlxalq sərgiyə dəvət olunub

 Azərbaycan şirkətləri Koreyada keçiriləcək beynəlxalq sərgiyə dəvət olunub
# 05 noyabr 2013 14:59 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Seul şəhərində (Cənubi Koreya) «2013 Qabaqcıl Kənd Təsərrüfatı Texnologiyası Sərgisi» keçiriləcək. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, dekabrın 5-8-də keçiriləcək tədbirə Azərbaycanda fəaliyyət göstərən şirkətlər və işgüzar dairələr iştiraka dəvət olunur.

Ətraflı məlumat əldə etmək üçün Azərbaycanın Koreya Respublikasındakı səfirliyinə (Seul, Hannan Touver, Annex, III mərtəbə; tel.: +822 797 17 65/66; faks: +822 797 17 67; e-mail: [email protected]) müraciət etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR