İrandan Azərbaycana külli miqdarda narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb - FOTO

İrandan Azərbaycana külli miqdarda narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb - <span style="color: red;">FOTO
# 25 iyun 2014 10:55 (UTC +04:00)

Bu barədə APA-ya DGK-nin mətbuat xidmətindən məlumat verilib.

Biləsuvar Gömrük İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mehdiyev İsbəndiyar Şura oğlu istintaqa məlum olmayan şəxs tərəfindən İranda əldə edilib qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilərək Beyləqan rayonu II Şahsevən kəndində su kəmərinin yanında yerləşən arxın qarşısına qoyulmuş 1 ədəd torbada üç ədəd polietilen bükümdə külli miqdarda - 2 kq 998,8 qram tiryək narkotik vasitəsini kəndin çıxacağında şərti alıcı qismində cəlb edilmiş gömrük əməkdaşına satarkən yaxalanıb.

Fakt üzrə Dövlət Gömrük Komitəsi İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb. Mehdiyev İsbəndiyar Şura oğlu şübhəli şəxs qismində tutulub. Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayətin digər iştirakçılarının müəyyən edilməsi məqsədilə zəruri istintaq hərəkətləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR