DİN Beyləqan rayonunda baş verən silahlı insidentlə bağlı məlumat yayıb

DİN Beyləqan rayonunda baş verən silahlı insidentlə bağlı məlumat yayıb
# 28 iyun 2013 09:40 (UTC +04:00)

Nazirlikdən APA-ya verilən məlumata görə, rayonun Aşağı Çəmənli kəndində İmişli rayon sakini 44 yaşlı Fuad Abbasov ov tüfəngindən atəş açaraq Əhmədli kənd sakinləri 32 yaşlı Roman Əhmədov və 43 yaşlı Rafiq Vəliyevə xəsarət yetirib. Nəticədə R. Əhmədov hadisə yerində ölüb. R. Əliyev xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən F. Abbasov tutulub və hadisəni törətdiyi ov tüfəngi ondan götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR