Bu ilin 10 ayı ərzində Azərbaycanda qeydə alınan zəhərlənmələrin statistik göstəriciləri açıqlanıb

Bu ilin 10 ayı ərzində Azərbaycanda qeydə alınan zəhərlənmələrin statistik göstəriciləri açıqlanıb
# 18 noyabr 2013 09:23 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Səhiyyə Nazirliyi bu ilin yanvar-oktyabr ayı ərzində Azərbaycanda qeydə alınan zəhərlənmələrin statistik göstəricilərini açıqlayıb.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya açıqlamasında bildirib ki, bu ilin yanvar-oktyabr ayı ərzində Azərbaycanda əhali arasında 939 qida zəhərlənməsi hadisəsi baş verib. Zəhərlənmə nəticəsində 1315 nəfər zərər çəkib. Onun sözlərinə görə, ötən ay ərzində 25 botulizm hadisəsi qeydə alınıb ki, bunun nəticəsində də 31 nəfər zərər görüb. Qida zəhərlənməsi nəticəsində 1 ölüm faktı qeydə alınıb.

İ.Abdullayev qeyd edib ki, ötən 10 ay ərzində orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 8861 yeyinti məhsulları nümunə götürülüb, ondan 136-da kənara çıxma, mikrobioloji göstəricilərinə görə götürülən 8237 nümunədən 89-da kənara çıxma aşkar olunub. Toksikoloji göstəricilərinə görə, 2282, radioloji göstəricilərinə görə 236 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub.

Bu ilin yanvar-oktyabr ayı ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 716 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. 212 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 79 iş istintaq orqanına verilib, 251 nəfər işdən müvəqqəti olaraq kənarlaşdırılıb.

Bu ilin 10 ayı ərzində şadlıq evlərindən 26234 yaxma nümunəsi götürülüb. Aparılan yoxlamalar nəticəsində 436 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib. Soyuq qəlyanaltıdan 303 nümunə götürülüb ki, onlardan da 4-nün nəticəsi qeyri-kafi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR