Türkiyə Qahirədəki səfirini məsləhətləşmələr üçün geri çağırıb

Türkiyə Qahirədəki səfirini məsləhətləşmələr üçün geri çağırıb
# 15 avqust 2013 23:18 (UTC +04:00)

Bakı-APA. Türkiyə Misirdəki səfirini məsləhətləşmələr üçün geri çağırıb. APA-nın verdiyi xəbərə görə, ötən gün Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Misirdəki hadisələrlə bağlı təcili BMT TŞ-nin iclasının keçirilməsini tələb edib. BMT TŞ-nin Misirdəki hadisələrlə bağlı iclası Bakı vaxtı ilə saat 02.30-a təyin olunub.

Misir DİN-in birləşmələri ordu hissələri ilə birgə avqustun 14-də Mursi tərəfdarlarının Qahirədə qurduğu çadır düşərgələrini dağıtmağa başlayıb. Daha sonra toqquşmalar digər əyalətlərə də yayılıb.

İslamçılar polisin odlu silah istifadə etdiyini və 3000 nəfərdən çox insanın öldüyünü iddia edirlər. Misir hakimiyyəti ölkədə fövqəladə vəziyyət və komendant saatı elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR