Azərbaycan, Gürcüstan və Türkiyə arasında enerji idxalı və ixracının həcminin müəyyənləşdirilməsi müzakirə olunur

Azərbaycan, Gürcüstan və Türkiyə arasında enerji idxalı və ixracının həcminin müəyyənləşdirilməsi müzakirə olunur
# 14 may 2014 16:32 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycan, Gürcüstan və Türkiyə arasında elektrik enerjisinin mübadiləsini həyata keçirmək üçün işçi qrupu yaradılıb və idxal, ixrac həcmlərinin müəyyənləşdirilməsi istiqamətində müzakirələr gedir”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında energetika naziri Natiq Əliyev deyib.

N. Əliyev bildirib ki, Azərbaycanda bu enerji dəhlizi ilə bağlı zəruri işlər həyata keçirilib, Gürcüstan və Türkiyədə isə bu istiqamətdə işlər aparılmaqdadır. O, Rusiya-Azərbaycan-İran enerji dəhlizinin də yaradılacağını, bununla bağlı keçən il Volqoqradda Rusiya və Azərbaycan arasında müqavilə imzalandığını xatırladıb. N. Əliyev İranla da bu istiqamətdə müzakirələr aparıldığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR