Azərbaycan prezidenti Türkiyənin meşə və su işləri naziri ilə görüşüb

Azərbaycan prezidenti Türkiyənin meşə və su işləri naziri ilə görüşüb
# 11 aprel 2013 13:35 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev aprelin 11-də Türkiyənin meşə və su işləri naziri Veysəl Eroğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-Economics”in məlumatına görə, Türkiyənin həmişə olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu vurğulayan Veysəl Eroğlu ölkələr arasında münasibətlərin daha da genişləndirilməsinin önəmini qeyd edib.

Dövlət başçısı Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayıb. Prezident iki ölkənin ayrı-ayrı nazirlikləri, o cümlədən ekologiya və ətraf mühitlə bağlı qurumlar arasında əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd edib.

Ekologiyanın mühüm bir sahə olduğunu vurğulayan dövlət başçısı Azərbaycanda da son illər ekoloji məsələlərin həlli ilə bağlı böyük işlərin görüldüyünü deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR