Bakıda 19 yaşlı qadın özünü asıb

Bakıda 19 yaşlı qadın özünü asıb
# 13 may 2013 14:45 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda intihar hadisəsi baş verib. Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Hövsan qəsəbəsində, Zeytun sovxozunda qeydə alınıb. Orada yaşayan, 19 yaşlı Leyla Nəcəfli yaşadığı evin həyətində özünü asıb.

Polisdən həmçinin bildirilib ki, yaxınları L. Nəcəflinin bir müddət əvvəl həyat yoldaşından ayrıldığını deyiblər. Məhkəmə onun övladının atası ilə qalması barədə qərar verib. Ehtimala görə, övladının yoxluğundan depressiyaya düşən L. Nəcəfli buna dözməyərək intihar edib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR