Azad Demokratlar Partiyasının təsis qurultayı iyunda keçiriləcək

Azad Demokratlar Partiyasının təsis qurultayı iyunda keçiriləcək
# 17 may 2014 10:44 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Azad Demokratlar Partiyasının təsis qurultayı iyun ayında keçiriləcək. Bunu APA-ya açıqlamasında Azad Demokratlar Partiyası təşkilat komitəsinin sədri Sülhəddin Əkbər deyib.

S. Əkbər bildirib ki, hazırda partiyanın qurultayına hazırlıq işləri aparılır və qurultayın dəqiq tarixi mayın sonunda məlum olacaq: “Ancaq bütün hallarda qurultayı əvvəldən nəzərdə tutduğumuz tarixdə, yəni iyun ayı ərzində keçirməyə çalışacağıq”.

S. Əkbər qurultaya yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməyəcəklərini bildirib. Onun sözlərinə görə, qurultay üçün Bakıdakı özəl müəssisələrin birinə müraciət olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR