Bakıda döyüş sursatı tapılıb

Bakıda döyüş sursatı tapılıb
# 26 yanvar 2014 19:06 (UTC +04:00)

Bakı-APA. Bakının Nərimanov rayonunda döyüş sursatı tapılıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyinin mütəxəssisləri və xilasediciləri hadisə yerinə cəlb edilib, aidiyyatı qurumlar məlumatlandırılıb.

Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər.

Müəyyən olunub ki, istifadəyə yararsız olan 1 ədəd top mərmisidir. Mərmi aidiyyəti üzrə təhvil verilib.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçiriblər, şübhəli əşya aşkar etməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR