Qubada minik maşını hasara çırpılıb, xəsarət alan var

Qubada minik maşını hasara çırpılıb, xəsarət alan var
# 13 iyun 2014 08:39 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Bu gün səhər saatlarında Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun məlumatına görə, hadisə Bakı-Quba Rusiya federasiyası dövlət sərhədi yolunun 164-cü km-də, rayonun Nərimanabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəmkir rayonu Seyfəli kənd sakini, 1954-cü il təvəllüdlü Məmmədzadə Məzahir Ənvər oğlu idarə etdiyi “Mercedes Vito” markalı, 99 DN 336 dövlət nömrə nişanlı avtomaşınla Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarındakı daş hasara vurub. Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan sürücü Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, ilkin tibbi yardımdan sonra xəsarət alan şəxs ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR