Bakı şəhərində 975 uşağın vaxtından əvvəl I sinfə qəbuluna razılıq verilib

Bakı şəhərində 975 uşağın vaxtından əvvəl I sinfə qəbuluna razılıq verilib
# 23 avqust 2013 09:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Avqustun 20-də Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinə xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə ərizə qəbulu başa çatıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Bakı şəhərində uşaqların vaxtından əvvəl I sinfə qəbulunu həyata keçirmək üçün yaradılmış komissiyalar avqustun 5-dən Nəsimi rayonundakı 42 nömrəli məktəbdə fəaliyyət göstərir. Həmin komissiyaların hər birində ibtidai sinif müəllimi, həkim, psixoloq və metodistlər təmsil olunur.


Bakı şəhəri üzrə uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı 3788 ərizə daxil olub. Avqustun 20-dək müsahibədən keçirilmiş 1868 uşaqdan 975-in vaxtından əvvəl I sinfə qəbuluna razılıq verilib. Müsahibə valideynlərin iştirakı ilə keçirilir. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə müsahibənin video çəkilişi aparılır. Bu il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan uşaqlarla aparılan müsahibənin sentyabrın 10-da başa çatdırılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR