Ermənistan Amerika Ordusunun II Dünya müharibəsində istifadə etdiyi tank vuran hərbi texnikalar əldə etmək istəyir - EKSKLÜZİV

Ermənistan Amerika Ordusunun II Dünya müharibəsində istifadə etdiyi tank vuran hərbi texnikalar əldə etmək istəyir - <span style="color: red;">EKSKLÜZİV
# 28 oktyabr 2013 09:43 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Ermənistan Xorvatiyadan bu ölkənin silahlanmasından çıxarılan, M-36 «Jackson» tank vuran hərbi texnikalar əldə etmək istəyir.

Bu barədə APA-ya öz hərbi mənbələrindən məlumat daxil olub.

Ermənistan tərəfi Xorvatiya hökumətinə müraciət edərək, bu ölkənin silahlanmadan çıxardığı, II Dünya Müharibəsi dövrünün hərbi texnikası olan M-36 «Jackson» tank vuran maşınlarının onlara hədiyyə edilməsini istəyib.

Ermənistan tərəfinin bu maşınlardan hansı məqsədlər üçün istifadə edəcəyi bəlli deyil. Bununla bağlı qərarı Xorvatiya hökuməti qəbul etməlidir.

90 mm çaplı topa malik M-36 Amerika Ordusu tərəfindən 1944-cü ildən II Dünya və Koreya müharibəsində geniş istifadə olunub. Sonrakı dövrlərdə keçmiş Yuqoslaviya Ordusunda bu tırtıllı maşınlarda T-55 tanklarının malik olduğu 500 at gücünə malik dizel mühərrik quraşdırılıb. Yuqoslaviyada vətəndaş müharibəsi zamanı xorvatlar bu maşınlardan istifadə ediblər.

Çəkisi 29 ton olan M-36 maşınının heyəti 5 nəfərdən ibarətdir.

Maşının silahlanmasına 90 mm çaplı top və pulemyot daxildir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR