«Fitch Ratings» agentliyi «Bank Technique»in uzunmüddətli reytinqini iki pillə artırıb

«Fitch Ratings» agentliyi «Bank Technique»in uzunmüddətli reytinqini iki pillə artırıb
# 20 dekabr 2013 13:20 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi Azərbaycanın «Bank Technique» ASC-nin uzunmüddətli reytinqini «Stabil» proqnozla iki pillə, «CC-»dən «B-» səviyyəsinə qədər yüksəldib.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu addım ilk növbədə bankın problemli kreditlərin bərpasında əhəmiyyətli inkişafı və özünün kapital bazasını yaxşılaşdırmaqla likvidliyi artırmasını əks etdirir.

Agentliyin məlumatında deyilir ki, hazırda bankın problemli kreditlərin həcmi təxminən 67 mln. manata endirilib və bu göstəricinin gələn il ərzində 60 mln. manata qədər azalması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR