Rusiyanın Kaluqa vilayətində Leyla Əliyevanın təşəbbüsü ilə "Gənclər mühitində mədəniyyətlərarası dialoq" adlı konfrans keçirilib - FOTOSESSİYA

Rusiyanın Kaluqa vilayətində Leyla Əliyevanın təşəbbüsü ilə "Gənclər mühitində mədəniyyətlərarası dialoq" adlı konfrans keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 11 sentyabr 2013 19:58 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiyanın Kaluqa vilayətində “Etnomir” mədəniyyət-təhsil turizm mərkəzində Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyevanın təşəbbüsü ilə “Gənclər mühitində mədəniyyətlərarası dialoq” mövzusunda konfrans keçirilib. APA-nın Rusiya bürosunun məlumatına görə, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin iştirakı və “Mədəniyyətlərarası dialoq – vahid dünya” fondunun dəstəyi ilə təşkil edilmiş tədbirin keçirilməsində məqsəd Rusiya və Azərbaycan gəncləri arasında dialoqun inkişafına meydan açmaq olub.

Konfransda diplomatlar, ictimai xadimlər, Rusiya gənclər təşkilatlarının rəhbərləri və RAGT-ın Moskva, Tula, Kaluqa və Obninskdən olan fəalları iştirak edib.

Tədbir iştirakçılarına RAGT-ın fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. İştirakçılar gənclər arasında mədəni dialoqun inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə yönəlmiş belə səyyar konfransların keçirilməsinin əhəmiyyətindən və zəruriliyindən danışıb, görüşün keçirilməsi təşəbbüsünə görə RAGT-yə təşəkkürlərini bildirib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışı zamanı iki dövlət arasındakı münasibətlərdən danışıb. O, Azərbaycan və Rusiya gəncləri arasında mədəni əlaqələrin qaydaya salınmasında RAGT-ın rolunu yüksək qiymətləndirib. Səfir ölkələrimizin və xalqlarımızın bir-birinə yaxınlaşmasına yönəldilmiş humanitar aksiyaların təşkilinin əhəmiyyətli olduğunu qeyd edib. Onun sözlərinə görə, bir etnoqrafiya parkı miqyasında dünya mədəniyyətlərini birləşdirən “Etnomir”də RAGT-ın təşəbbüsü ilə belə bir konfransın keçirilməsi rəmzi xarakter daşıyır: “Axı Rusiya Azərbaycanlı Gənclər Təşkilatı rus dilində AMOR kimi ifadə olunur ki, bu da dünyanın bir çox dillərində “məhəbbət” deməkdir.

YUNESKO-nun mədəni layihələrinin əlaqələndiricisi Fatima Alçinbayeva İSƏ təşkilatın Moskvadakı bürosunun direktoru, YUNESKO-nun Azərbaycan, Ermənistan, Belarus, Moldova və Rusiya Federasiyasındakı nümayəndəsi Dendev Badarçın konfrans iştirakçılarına təbrik məktubunu oxuyub.

Kaluqa vilayətinin İdman, Turizm və Gənclər Siyasəti Nazirliyinin Gənclər Siyasəti İdarəsinin rəisi Olqa Korobova Kaluqa vilayəti hökumətinin gənclərin dövlətlərarası mədəni əməkdaşlığı sahəsində “Etnomir” layihəsi ilə əməkdaşlığından danışaraq mədəniyyətlərarası dialoq üçün sabit meydan olan kompleksin mühüm rolunun olduğunu söyləyib.

“Sodrujestvo” Beynəlxalq Gənclər İctimai Təşkilatının icraçı direktoru Maqomed Əliyev isə rəhbərlik etdiyi beynəlxalq təşkilatın fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verib. Təşkilatın RAGT-la səmərəli əməkdaşlığından danışaraq bu yaxınlarda Rusiyanın ictimai və gənclər təşkilatlarının nümayəndə heyətlərinin tərkibində Bakıya səfər etdiklərini bildirib.

Öz növbəsində “Mədəniyyətlərin dialoqu – vahid dünya” fondunun prezidenti, “Etnomir” kompleksinin rəhbəri Ruslan Bayramov kompleksin geniş təqdimatını keçirib. O, “Etnomir”in qapılarının gənclərin üzünə həmişə açıq olduğunu söyləyib.

Konfransın moderatoru, RAGT-ın nümayəndəsi İbrahim İbrahimov Rusiya Azərbaycanlı Gənlər Təşkilatının yaradıldığı gündən indiyədək Rusiya və Azərbaycan gəncləri arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə yönəldilmiş yüzlərlə layihə həyata keçirdiyini bildirib: “RAGT iki dövlət arasında əsası Heydər Əliyev tərəfindən qoyulmuş mədəni, humanitar əməkdaşlığın qorunub saxlanmasına və inkişaf etdirilməsinə yönəldilmiş qarşılıqlı münasibətlərin gözəl ənənələrini davam etdirir”.

Konfransdan sonra iştirakçılar üçün “Dünya küçəsi”nə ekskursiya təşkil edilib. İştirakçılar Çin pavilyonunda heroqliflərin yazılması, Belarus və Ukrayna xutorunda matryoşkalara bəzək vurulması, İran pavilyonunda dulusçuluq sənəti və s. məşğələlər üzrə ustad dərslərində olub. Rəngarəng Azərbaycan pavilyonu isə gənclərdə xüsusi maraq doğurub. Burada iştirakçılar xatirə fotoşəkilləri çəkdirərək milli musiqi sədaları altında rəqs edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR