Paytaxtda 5 nəfəri ilan, 7 nəfəri isə həşərat sancıb

Paytaxtda 5 nəfəri ilan, 7 nəfəri isə həşərat sancıb
# 09 iyul 2013 08:46 (UTC +04:00)

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkiminin müavini Oqtay Şahmalıyev APA-ya açıqlamasında deyib ki, ilan sancanlardan 4-ü xəstəxanaya aparılıb. İlan sancma nəticəsində ölüm faktının olmadığını deyən baş həkimin müavini qeyd edib ki, bu hadisələr əsasən Novxanı, Maştağa və digər Bakıətrafı ərazilərdə baş verib.

O. Şahmalıyev qeyd edib ki, bu ay ərzində 7 həşərat sancması da qeydə alınıb. Onun sözlərinə görə, bunlardan 2-si əqrəb, digərləri arı və digər həşərat sancmalarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR