Bakı-Quba yolunda baş verən dəhşətli qəzada ölənlərdən üçünün adı məlum olub - YENİLƏNİB 2 - VİDEO - FOTOSESSİYA

Bakı-Quba yolunda baş verən dəhşətli qəzada ölənlərdən üçünün adı məlum olub - <span style="color: red;">YENİLƏNİB 2  - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 24 dekabr 2013 13:39 (UTC +04:00)

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, həyata keçirilən araşdırmalar nəticəsində ölən beş nəfərdən üçünün şəxsiyyətini müəyyən etmək mümkün olub. Dünyasını dəyişənlər – “Nissan” markalı avtomobilin sürücüsü, 1971-ci il təvəllüdlü Akif Məhərrəm oğlu Sadıqov, həmin maşında olan sərnişinlər, Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi, 1988-ci il təvəllüdlü Cavid Əjdər oğlu Hidayəttinov, Azərbaycan Texniki Universitetinin tələbəsi, 19 yaşlı Nurlan Güloğlan oğlu Tahirlidir.

Dünyasını dəyişən digər iki nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Baş vermiş hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

***

16.15

Bakı. Hafiz Heydərov - APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı-Quba yolunda baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı-Quba yolunun 22-ci kilometrliyində “Mercedes-Benz” markalı yük avtomobili idarəetməni itirərək yolayrıcı metal çəpərə çırpılıb və daha sonra “Nissan” markalı minik avtomobilinin üzərinə aşıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Nissan” markalı minik avtomobili ağır deformasiyaya uğrayıb. Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan, şəxsiyyətləri məlum olmayan 5 nəfər hadisə yerində dünyasını dəyişib. Xilasedicilər vətəndaşların cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

***

13.22

Bakı. Fuad Cəfərov - APA. Bakı-Quba yolunda baş verən dəhşətli qəzada beş nəfər ölüb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qəzaya “Azərkörpü” Tikinti Şirkətinə məxsus 90-AG-518 dövlət nömrə nişanlı, “KamAZ” markalı beton qarışdıran maşın 10-LM-061 dövlət nömrə nişanlı taksi fəaliyyəti ilə məşğul “Nissan” və “Mercedes” markalı avtomobillərin üstünə aşıb. İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər ölüb.

***

13:00

Bakı. Fuad Cəfərov – APA. Azərbaycanda dəhşətli yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Quba yolunda, Saray postunun yaxınlığında qeydə alınıb.

“KamAZ” markalı yük avtomobili iki minik maşını ilə toqquşub. Nəticədə bir neçə nəfər ölüb. Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobillərdə sıxılmış vəziyyətdə qalan yaralı və meyitlərin çıxarılması istiqamətində iş aparır.

Ölən və yaralananların adları hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR