Azərbaycan İsrailin kənd təsərrüfatı sahəsində təcrübəsini öyrənəcək

Azərbaycan İsrailin kənd təsərrüfatı sahəsində təcrübəsini öyrənəcək
# 18 fevral 2014 10:10 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün İsrailə səfər edəcək. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, fevralın 20-dək davam edəcək səfərin məqsədi İsraillə kənd təsərrüfatı sahəsində əməkdaşlığı daha da genişləndirmək və aqrar sahədə qazandığı təcrübə ilə tanış olmaqdır.

Məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti İsrailin kənd təsərrüfatı strukturu və siyasəti, qanunvericilik və tənzimləmə, kooperativlər və idarəetmə sistemi, dövlət dəstəyi siyasəti və metodları, Kənd Təsərrüfatı İnkişaf və Əməkdaşlıq üzrə Beynəlxalq Təlim Mərkəzi (CINADCO), istixanalar üçün proqram təminatı və nəzarət sistemləri, o cümlədən kənd təsərrüfatı innovasiyaları, istixanaların tərtibatı, hazırlanması, tikintisi və onlara qulluq, tərəvəzlərin və tarla bitkilərinin hibrid toxumlarının yetişdirilməsi, istehsalı və satışı, «EmeqHa'elaEggs» quşçuluq müəssisəsi ilə tanış olacaqlar. Səfər zamanı azərbaycan nümayəndə heyəti həmçinin İsrailin kənd təsərrüfatı və kəndin inkişafı naziri Yair Şamir ilə də görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR