Azərbaycanda yol qəzaları ötən illə müqayisədə 10%, ölüm halları 41%, xəsarət alanların sayı 9% artıb

Azərbaycanda yol qəzaları ötən illə müqayisədə 10%, ölüm halları 41%, xəsarət alanların sayı 9% artıb
# 13 iyun 2013 07:03 (UTC +04:00)

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, yanvar ayından iyun ayının 1-ə qədər respublika ərazisində 1148 yol qəzası qeydə alınıb. Nəticədə 1247 nəfər xəsarət alıb, 443 nəfər ölüb.

Hesabat dövründə piyadaların vurulması ilə nəticələnən 453 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 351 nəfər yaralanıb, 154 nəfər ölüb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il yol nəqliyyat hadisəsi 10%, ölüm halları 41%, xəsarət alanların sayı 9% artıb.

K. Əliyev qeyd edib ki, hesabat dövründə paytaxt ərazisində 417 yol nəqliyyat hadisəsi baş verib, 428 nəfər xəsarət alıb, 137 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR