Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Şirvanda vətəndaşları qəbul edib - APA TV

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Şirvanda vətəndaşları qəbul edib - <span style="color: red;">APA TV
# 15 may 2013 12:22 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı – APA. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov mayın 15-də saat 11:00-dan Şirvan şəhərində yerləşən Mərkəzi Mədəniyyət evində Şirvan, Salyan, Neftçala, Hacıqabul, Saatlı və Sabirabad rayonlarında yaşayan vətəndaşları qəbul edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlar nazirliyin elektron poçt ünvanına, “Qaynar xətt”ə, nazirliyin 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinə və Şirvan Mədəniyyət Evində nazirliyin əməkdaşlarına müraciət etməklə şəffaf şəkildə qeydə alınıb.

Adı çəkilən rayonlardan nazirə müxtəlif problemlərlə 48 vətəndaş müraciət edib. Müraciətlər əsasən ekoloji, torpaq, balıqçılıq və işsizliklə bağlı problemlərdən ibarət olub. Nazir vətəndaşlara problemlərin qısa müddət ərzində həll olunacağına söz verib. Bəzi problemlər nazirin göstərişi ilə yerində həll edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR