“Gənclərin mədəniyyətlər və dinlərarası dialoqda rolu” adlı beynəlxalq tədbirin iştirakçıları bir sıra görüşlər keçiriblər

“Gənclərin mədəniyyətlər və dinlərarası dialoqda rolu” adlı beynəlxalq tədbirin iştirakçıları bir sıra görüşlər keçiriblər
# 05 dekabr 2013 13:17 (UTC +04:00)

Bakı-APA. Gənclər üçün Təhsil Mərkəzi tərəfindən Azərbaycanda həyata keçirilən “Gənclərin mədəniyyətlər və dinlərarası dialoqda rolu” adlı beynəlxalq tədbirinin iştirakçıları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində və BMT-nin Azərbaycandakı nümayəndəliyində görüş keçiriblər.

APA-nın məlumatına görə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov qonaqları qəbul edərək, onlara Azərbaycandakı tolerantlıq mühiti barədə geniş məlumat verib, dövlətin bu sahədə gördüyü işləri diqqətə çatdırıb. Əcnəbi gənclər də öz növbəsində Azərbaycanda müxtəlif dinlərin və mədəniyyətlərin inkişafı üçün yaradılmış şəraiti yüksək qiymətləndiriblər.

Daha sonra qonaqlar BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Antonius Broeklə görüşüblər. Diplomat, Azərbaycanda keçirilən bu cür tədbirlərin əhəmiyyətini vurğulayaraq, mədəniyyətlər və dinlərarası dialoq barədə təmsil etdiyi qurumun fəaliyyəti barədə fikirlərini bildirib.

Dekabrın 7-dək davam edəcək tədbirin keçirilməsində əsas məqsəd müxtəlif mədəniyyətlər və dinlər arasında dialoqun qurulmasına dəstək vermək, bu prosesdə gənclərin aktiv iştirakını təmin etmək və bu sahədə mövcud olan təcrübələrin bölüşməsi üçün uyğun şəraitin yaradılmasıdır. Müzakirələrin hərtərəfli aparılması, bu sahədə təcrübə və informasiya mübadiləsinə nail olmaq məqsədi ilə tədbirə Avstriya, Türkiyə, Danimarka, Böyük Britaniya, Bolqarıstan, Hollandiya, Moldova və Ukrayna kimi ölkələrdən iştirakçılar dəvət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR