Bayram və istirahət günlərində dərmanlardan 6 nəfər zəhərlənib

Bayram və istirahət günlərində dərmanlardan 6 nəfər zəhərlənib
# 07 yanvar 2014 09:57 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bayram və istirahət günlərində (dekabrın 31-dən yanvarın 7-dək) Klinik Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə toksikoloji zəhərlənmələrlə bağlı müraciət edənlərin sayı açıqlanıb. Səhiyyə Nazirliyinin baş toksikoloqu, Klinik Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, son 1 həftə ərzində 21 nəfər dəm qazından zəhərlənmə ilə bağlı mərkəzə müraciət edib. Onun sözlərinə görə, zəhərlənənlərdən 8 nəfəri xəstəxanaya yerləşdirilib, 13 nəfərə isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb: “Ötən müddət ərzində dərmanlardan allergik reaksiya nəticəsində 6 nəfər zəhərlənib. Əsasən antibiotiklərdən zəhərlənənlərdən 3 nəfərinə 1-2 sutka ərzində mərkəzdə tibbi yardım göstərilib. Bayram və istirahət günlərində spirtli içkilərdən zəhərlənən 10 nəfər mərkəzə gətirilib. Alkoqol sərxoşluq halı ilə xəstəxanaya gətirilənlər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar”.

A.Maqsudov əlavə edib ki, bu ilin ilk günlərində mərkəzə müraciət edənlərin sayında ciddi artım qeydə alınmayıb. Onun sözlərinə görə, ötən ilin analoji dövründə havalar daha soyuq keçdiyindən müraciətlərin sayı da nisbətən çox olub. Bu il isə havalar mülayim və sabit keçdiyindən müraciətlərin sayında artım yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR