Təhsil naziri Şabranda vətəndaşları qəbul edib - FOTO - VİDEO

Təhsil naziri Şabranda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 10 yanvar 2014 10:02 (UTC +04:00)

Şabran. Vəli Turan - APA. Bu gün təhsil naziri Mikayıl Cabbarov Şabranda Siyəzən, Quba, Xaçmaz, Xızı, Şabran və Qusar rayonlarında yaşayan vətəndaşları qəbul edib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, təhsil şöbələri müdirlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən yaşadıqları rayonların ümumtəhsil məktəblərində işlə təmin olunma, xaricdə təhsil və digər məsələlərlə əlaqədar olub.

Qəbulda 65 vətəndaşın müraciəti dinlənilib, əksər məsələlər yerində həllini tapıb. Bir sıra müraciətlərlə bağlı təhsil şöbələrinin müdirlərinə və nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR