Bakıda mənzildə meyit aşkarlanıb

Bakıda mənzildə meyit aşkarlanıb
# 29 noyabr 2013 22:49 (UTC +04:00)

Bakı-APA. Bakı şəhərinin Yasamal rayonunda mənzildə bağlı qapı arxasında bir nəfər kişi köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar. Mənzilə baxış keçirilərkən döşəmədə bir neçə gün əvvəl vəfat etmiş vətəndaşın meyiti aşkarlanıb.

Meyit xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR