FHN dərəyə yuvarlanaraq ağacdan asılı vəziyyətdə qalmış şəxsi xilas edib

FHN dərəyə yuvarlanaraq ağacdan asılı vəziyyətdə qalmış şəxsi xilas edib
# 20 iyul 2013 00:53 (UTC +04:00)

Bakı-APA. FHN xilasediciləri Masallıda dərənin dibində ağacdan asılı vəziyyətdə qalan turisti xilas edib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə rayonun İsi kəndində (rayon mərkəzindən 14 km aralı) "İSTİSU" istirahət mərkəzində baş verib. İstirahət edən vətəndaş dağlıq əraziyə qalxarkən ayağı büdrəyib və o yuvarlanaraq dərənin dibindəki ağacdan asılı vəziyyətdə qalıb. Dərhal hadisə yerinə FHNnin xilasediciləri cəlb olunub. Yanğınsöndürən-xilasedicilər müxtəlif alətlərdən istifadə etməklə vətəndaş ağacdan xilas edilib və yaxınlarına təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR