“Hicaba azadlıq” tələbi ilə keçirilən razılaşdırılmamış aksiyada iştiraka görə tutulmuş şəxslərin apellyasiya şikayəti təmin edilməyib

“Hicaba azadlıq” tələbi ilə keçirilən razılaşdırılmamış aksiyada iştiraka görə tutulmuş şəxslərin apellyasiya şikayəti təmin edilməyib
# 30 iyul 2013 13:51 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində ötən il oktyabrın 5-də Təhsil Nazirliyinin binası qarşısında “Hicaba azadlıq!” tələbi ilə keçirilən razılaşdırılmamış aksiyada iştiraka görə tutulmuş şəxslərdən Seymur Bağırlı və Nofəl Məmmədovun apellyasiya şikayətinə baxılıb.


APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayət təmin olunmayıb. Birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2012-ci il oktyabrın 5-də Təhsil Nazirliyinin binası qarşısında “Hicaba azadlıq!” tələbi ilə keçirilən aksiyada iştirakına görə tutulmuş şəxslərin ümumi sayı 32 nəfər olub. Onlar Cinayət Məcəlləsinin 233-cü maddəsi (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə ittiham olunurlar.

Nərimanov rayon Məhkəməsinin hökmü ilə Seymur Bağırlı və Nofəl Məmmədivun hər biri 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR